"Ölkəmizdə inzibati hüquq sahəsində həyata keçirilən islahatların məqsədi idarəçilik fəaliyyətinə hüquqi dövlət prinsipinin tələblərinə uyğun tamamilə yeni konseptual yanaşma gətirməkdən ibarətdir".
E-huquq.az-ın məlumatına görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Azərbaycanda səfərdə olan Qazaxıstan Ali Məhkəməsinin hakimləri ilə görüşərkən deyib.
O qeyd edib ki, məhz konstitusiya prinsipləri əsasında nizama salınan icraat qaydalarının vahidliyi, şəffaflığı və sadəliyi vətəndaşları inzibati orqanların və vəzifəli şəxslərin özbaşınalığından, süründürməçiliyindən qoruya bilər: "Digər tərəfdən isə belə vahid icraat prosedurları dövlət orqanlarının fəaliyyətində səmərəliliyin və faydalı iş əmsalının, idarəçilik funksiyalarının yerinə yetirilməsi ilə bağlı onların məsuliyyətinin artırılmasını təmin edir".
