Məzmuna keç

Ağsu Rayon Məhkəməsinə yeni sədr təyin edildi

Ağsu Rayon Məhkəməsinə yeni sədr təyinatı olub.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Babək Natiq oğlu Qasımov Ağsu Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub.

Qeyd edək ki, B.Qasımov 2018-ci ildən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi işləyirdi.