Məzmuna keç

Azərbaycanda pozuntulara yol verən 3 hakimin səlahiyyətinə xitam verildi

Xəbər verdiyimiz kimi, ötən gün Məhkəmə-Hüquq Şurasının iclası keçirlib.

E-huquq.az xəbər verir ki, iclasda 2018-ci ildə hakim vəzifəsinə təyin olunmuş 107 nəfərin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar onları xarakterizə edən rəy, sənəd və digər materialların toplanıldığı bildirilib, habelə ətraflı təhlillər aparılmaqla fəaliyyətləri hərtərəfli qiymətləndirilib. Onların əksəriyyəti hakimliyə yararlı hesab edilib, habelə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verən 3 nəfərin səlahiyyətlərinə xitam verilməsi qərara alınıb.