Hacıqabul rayonunda zəncirvari qəzada 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
E-huquq.az xəbər verir ki, qəza nəticəsində Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələkbər oğlu ölüb.
Hazırda 7 yaralının adları məlumdur.
Bunlar Sabirabad rayon sakinləri – 2007-ci il təvəllüdlü Ələkbərov Fəxri Cəlil oğlu, 2005-ci il təvəllüdlü Əliyev Xəyyam Əyyam oğlu,1994-cü il təvəllüdlü Məmmədova Rüfanə Mehman qızı, 2019-cu il təvəllüdlü Həsənli Əsmər Həsən qızı, 1977-ci il təvəllüdlü Ələkbərov Elmir Ələkbər oğlu, Bakı şəhər sakinləri – 1982-ci il təvəllüdlü Vəliyeva Mahirə Vaqif qızı, 1968-ci il təvəllüdlü Həsənov Fəxrəddin İsmayıl oğludur.
6 nəfərin şəxsiyyəti isə dəqiqləşdirilir.
