Bu gün Birliyin rəhbər şəxsləri "Açıq mikrofon" aksiyası çərçivəsində Siyəzən şəhərində sahibkarlarla növbəti dəfə görüş keçiriblər.
"Azəriqaz İB"-dən e-huquq.az-a verilən məlumata görə, onlar aksiya iştirakçılarının müraciətlərini dinləyib, onları narahat edən məsələlərə aydınlıq gətiriblər.
Sahibkarlıq subyektləri bu cür aksiyaların davamlı şəkildə təşkil edildiyi, yaranan problemlərin qısa zamanda həllini tapdığı üçün təşəkkür ediblər.
Sahibkarlarla yanaşı, Ağbaş, Kiçik Həmyə və Zarat kəndlərinin sakinləri də aksiya baş tutan ünvana üz tutublar. Onlar yeni yaşayış massivlərinin qazlaşdırılmasını Birlik rəhbərliyindən xahiş ediblər.
Görüşdə həmçinin Birliyin struktur bölmələrinin rəhbərləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də iştirak ediblər. Bu, Siyəzən sahibkarları ilə təşkil olunan sayca 2-ci görüşdür.
