Məzmuna keç

İstanbulda metrobüs xarab oldu- Yüzlərlə sərnişin yollarda qaldı

Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda metrobüsün yolda xarab olması nəqliyyatın hərəkətində ciddi ləngimələrə səbəb olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avcılar istiqamətində hərəkət edən metrobüs Zincirlikuyu dayanacağı yaxınlığında texniki nasazlıq səbəbindən dayanıb.

Nəticədə nasaz nəqliyyat vasitəsinin yolu bağlaması metrobüs xətlərində hərəkətin ləngiməsinə səbəb olub. Metrobüs yolunda uzun nəqliyyat vasitələri növbəsi yaranıb, dayanacaqlarda gözləyən sərnişinlərin sayı artıb.

Nasaz metrobüsdə olan sərnişinlər başqa nəqliyyat vasitəsinə yönləndirilib.

Xarab olmuş metrobüsün yoldan götürülməsindən sonra reyslər normal qrafik üzrə bərpa olunub.

Şəbnəm Mehdizadə