“Yaxın günlərdə Azərbaycanda Türkiyə istehsalı olan “TURCOVAC” vaksininin kliniki sınaqlarına başlanacaq”.
E-huquq.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, “TURCOVAC” koronavirus əleyhinə Türkiyə istehsalı olan peyvənddir. Artıq Türkiyədə bu vaksinin istifadəsinə icazə verilib.
