Məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilməyən şəxs videokonfrans əlaqə sistemi vasitəsilə ifadə verə bilər.
E-huquq.az xəbər verir ki, bunu Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi Orxan İsayev deyib.
O bildirib ki, bu, 2020-ci ildə Cinayət Prosessual Məcəlləyə edilmiş dəyişiklikdə əksini tapıb.
Məlumata görə, bunun üçün məhkəməyə vəsatətlə müraciət edilməlidir.
