Göyçayda pul borcu olduğu tanışını qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Babazadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az xəbər verir ki, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin vaxtı hələki məlum deyil.
Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabrında Göyçayda qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü İ.Babazadə tanışı 1968-ci il təvəllüdlü Əli Əliyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Əli Əliyevə bıçaqla xəsarətlər yetirərək öldürüb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İsmayıl Babazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib
