Məzmuna keç

Sədr müavini: “Ali Məhkəmə “Elektron məhkəmə” sisteminin təkmilləşdirilməsi işində iştirak edir”

"Azərbaycan Respublikası Prezidentinin 2014-ci il 13 fevral tarixli “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Sərəncamının 2.6-cı bəndinə uyğun olaraq, məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınması və onları onlayn rejimdə müşahidə etmək imkanı yaradılıb".

E-huquq.az xəbər verir ki, bunu unu Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov deyib.

O bildirib ki, Mülki Prosessual Məcəllənin 272.4-1-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır: "Məhkəmə iclasında sədrlik edən tərəfləri və işdə iştirak edən digər şəxsləri bu barədə xəbərdar edir. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur.

Azərbaycan Respublikası Prezidentinin Fərmanında verilmiş tövsiyəyə müvafiq olaraq, Ali Məhkəmə “Elektron məhkəmə” sisteminin operatoru olan müvafiq icra hakimiyyəti orqanına həmin sistemin işlənməsi ilə bağlı öz təkliflərini verərək onun təkmilləşdirilməsi işində iştirak edir".

Mənbə: APA