Martın 1-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 110 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən e-huquq.az-a verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.
94 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
