Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerin qəzaya uğradığını və gəmilərdə partlayışların baş verdiyini açıqlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Məlumata görə, ötən gecə ümumilikdə 4 milyon bareldən çox neft daşıyan iki tanker xəbərdarlıqlara məhəl qoymayaraq boğazdan təhlükəli marşrutla keçməyə çalışıb.
Nəticədə hər iki gəmidə partlayış baş verib və yanğın başlayıb. Hadisənin səbəbləri və mümkün itkilər barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, rəsmi Tehran daha əvvəl Hörmüz boğazından icazəsiz və ya müəyyən edilmiş gəmiçilik marşrutlarından kənarda keçən gəmilərin hədəf alına biləcəyi barədə xəbərdarlıq edib.
Şəbnəm Mehdizadə
