Azərbaycanda məhkəmələrin sosial media hesabları yaradılır.
E-huquq.az-ın məlumatına görə, məqsəd məhkəmələrin fəaliyyəti ilə bağlı məlumatların təqdim olunması, ictimai maraq doğuran informasiyaların operativ şəkildə cəmiyyətə çatdırılmasıdır.
Bu, eyni zamanda məhkəmələrin kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul hakimlərinin işinə də dəstək olacaq.
Qeyd edək ki, artıq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin "Facebook" səhifəsi fəaliyyətə başlayıb. Linkə daxil olaraq səhifə ilə tanış ola bilərsiniz.
Xəyalə Bünyatova
