Türkiyənin Antalya şəhərində Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş olub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqram kanalında bildirib.
Görüş Antalyada martın 11-dən 13-dək keçiriləcək Diplomatik Forum çərçivəsində baş tutub.
