Məzmuna keç

Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibədə uğur qazanan namizədlərin sayı açıqlandı

Yeddi dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vakant vəzifələrin tutulması üzrə ötən il dekabrın 13-dən başlanan ümumi müsahibə davam edir.

Dövlət İmtahan Mərkəzindən e-huquq.az-a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla müsahibəyə çıxarılan vəzifələrin 38-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 20-si B növünə (inzibati icraçı) aiddir. Müsahibədə iştirak etmək üçün 162 nəfərin müraciəti qeydə alınıb. Bu gün saat 13:45-dək olan məlumata görə, müsahibədə uğur qazanmış 26 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibələr martın 29-da başa çatacaq.