Məzmuna keç

Yasamal Rayon Məhkəməsi məlumat yaydı

Yasamal Rayon Məhkəməsi 09 mart – 11 mart 2022-ci il tarixə baxılan işlər üzrə icmalı təqdim edib.

Məhkəmədən e-huquq.az-a verilən məlumata görə, bu həftə ərzində məhkəməyə 7 cinayət işi daxil olub. Onlardan 2-si xüsusi ittiham qaydasında baxılan, 2-si məhkəməyədək sadələşdirilmiş icraat materialı olub.

Bundan başqa, 16 prosessual məcburiyyət tədbirinin tətbiqi barədə və 7 əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə təqdimat daxil olub. 82 mülki iş daxil olmuş, onlardan 41 iş sadələşdirilmiş icraat qaydasında, 3-ü xüsusi icraat qaydasında, 38-i iddia icraatı qaydasında verilib.

Yasamal Rayon Məhkəməsində bu həftə ərzində 5 cinayət işinə baxılmış, itthamedici hökm çıxarılıb. Bundan başqa, 4 cinayət işi üzrə tərəflərin barışması ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilib.

28 mülki işə mahiyyəti üzrə baxılmış və qətnamə çıxarılıb. Onlardan 5-i rədd edilib, 23-ü təmin olunub.