Məzmuna keç

“Azəriqaz”ın baş direktoru Şamaxı və Qobustan sakinlərinin müraciətlərini dinləyəcək

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Şamaxı rayonunda vətəndaşları qəbul edəcək.

Birlikdən e-huquq.az-a verilən məlumata görə, sabah saat 11:00-da Şamaxı rayon Mədəniyyət Mərkəzində baş tutacaq görüş zamanı Şamaxı və Qobustan rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Ağsu Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.