Məzmuna keç

Səudiyyə Ərəbistanında PUA ələ keçirildi – 2 ballistik raket zərərsizləşdirildi

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri ölkənin şərqində pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ərəb koalisiyasının sözçüsü Türki əl-Maliki məlumat verib.

O bildirib ki, husilərin Məkkə bölgəsinə doğru atdığı iki ballistik raket hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Raketlərin qalıqları Sabuha kəndinə düşüb.

Hadisələr nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat verilməyib.

Şəbnəm Mehdizadə