Məhkəmə-Hüquq Şurası tərəfindən 2022-ci ilin aprel ayında vətəndaşların qəbul cədvəli açıqlanıb.
E-huquq.az xəbər verir ki, aprelin 7-də Bakı şəhəri Nizami Rayon Məhkəməsi, 14-də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi, 21-də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi, 28-də isə Salyan Rayon Məhkəməsində vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.
Qeyd edək ki, vətəndaşlar qəbula müvafiq məhkəmələrdə, eləcə də Şuranın (012) 510-22-97, 510-82-96 nömrəli telefonları və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əvvəlcədən yazıla, yaxud birbaşa qəbula gələ bilərlər.
