Məzmuna keç

Yasamal Rayon Məhkəməsi hesabat yaydı

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi mart ayı ərzində məhkəməyə daxil olan işlərin statistikasını açıqlayıb.

E-huquq.az xəbər verir ki, ötən ay ərzində məhkəməyə 51 cinayət işi daxil olub. Onlardan 7-si xüsusi ittiham qaydasında baxılan, 11-i məhkəməyədək sadələşdirilmiş icraat materialı olub.

Məhkəməyə 429 mülki iş daxil olub ki, onlardan 160 iş sadələşdirilmiş icraat qaydasında, 22-si xüsusi icraat qaydasında, 2-si əmr icraatı qaydasında və 245 iş iddia icraatı qaydasında verilib.

485 inzibati xətalar haqqında iş daxil olub. Bundan başqa, 82 prosessual məcburiyyət tədbirinin tətbiqi barədə və 114 əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə təqdimat daxil olub.

Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və qərarlarından məhkəməyə verilmiş şikayətlər kateqoriyası üzrə ay ərzində 19 iş daxil olub. 29 iş hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası kateqoriyası üzrə olub. Məhkəmə qətnamələrinin (qərarlarının) icrası üzrə 69 yeni iş daxil olub. Xarici və yerli məhkəmələrin mülki məhkəmə aktları kateqoriyası üzrə 6 yeni iş olmub. Cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi üzrə 2 iş məhkəməyə daxil olub. Müvəqqəti təminat tədbirləri (MTT) üzrə 19 iş olub. Ümumilikdə mart ayı ərzində məhkəmənin icraatına 1305 yeni iş daxil olub.

Yasamal Rayon Məhkəməsində mart ayı ərzində 18 cinayət işinə baxılaraq itthamedici hökm çıxarılıb. Bundan başqa, 8 cinayət işi üzrə tərəflərin barışması ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilib. 4 cinayət işi üzrə zərərçəkmiş şəxsin şikayəti olmadığı üçün icraata xitam verilməsi ilə bağlı qərar çıxarılıb.

2022-ci ilin mart ayı ərzində 294 mülki işə mahiyyəti üzrə baxılmış və qətnamə çıxarılıb. Onlardan 294 iş üzrə qətnamə təmin edilib, 64 iş üzrə qismən təmin edilib və 24 iş üzrə qətnamə rədd edilib.