Məzmuna keç

Məhkəmə qərarlarının icrası ilə bağlı Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı açıqlandı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2022 ci ilin mart ayında daxil olan müraciətlərin sayını açıqlayıb.

E-huquq.az xəbər verir ki, Dövlət Komitəsinə ümumilikdə 273 vətəndaş müraciəti daxil olub.

Qeyd olunub ki, üstünlük təşkil edən müraciətlərdən 51-i məhkəmə qərarlarının icrası ilə bağlı, 23-ü mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı, 20-si məişət zorakılığı ilə bağlı, 20-si müxtəlif yönümlü sosial müavinətlərlə bağlı və 20-si isə işlə təmin olunma ilə bağlıdır.