Bu gün Ali Məhkəmədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mehman İbrahimovun barəsində prokurorluq tərəfindən verilən kassasiya protestinə baxılıb.
Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib.
O bildirib ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda Şirvan Apellyasiya Məhkəməsinin qərarından verilən protesti təmin etməyib və bəraət qərarı qüvvədə saxlanılıb.
İttihama görə, 26 iyul 2019-cu ildə Mehman Dadaşov idarə etdiyi "Ford" markalı avtomobillə Lənkəran şəhərində, Zərifə Əliyeva küçəsi ilə Xiyabani küçəsinin kəsişməsində Axundov Ehtiram Mahmud oğlunun sürdüyü "VAZ-2107" markalı avtomobil toqquşub.
Nəticədə Ehtiram Axundov hadisə yerində dünyasını dəyişib.
