"Bizdə vəkil cinayət işi üzrə məhkəmədə hər hansı bir uğurlu nəticə əldə etdikdə digər vəkillər onu təbrik edir, o da hakimə öz minnətdarlığını bildirir"'.
E-huquq.az xəbər verir ki, bunu vəkil Samir Əliyev bildirib.
O qeyd edib ki, hakimə təşəkkür etməyin səbəblərindən biri vəkil tərəfindən özünüreklam olsa da, ən əsas səbəb odur ki, məhkəmələr ittiham yönümlüdülər: "Nadir hallarda müdafiə tərəfinin xeyrinə qərarlar qəbul edirlər. Ancaq hakimə minnətdarlıq etməyi hansı səbəbdən edirlər, bunu anlamıram".
