Məzmuna keç

Zakir Sultanovun cəzası azaldıldı

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun apellyasiya məhkəməsi keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində bu gün baş tutan iclasa vəkil Vüqar Babayev müdafiə çıxışı edib. Daha sonra qərar elan olunub. Qərara əsasən, Z.Sultanovun həbs müddəti 5 il 6 aya endirilib.

Qeyd edək ki, Z.Sultanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.