Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.
Vəkillər Kollegiyasından e-huquq.az-a verilən məlumata görə, qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 28 sentyabr 2019-cu il tarixdə, "Faiq Nağıyev və partnyorları" və "Kredo" Vəkil Bürosu tərəfindən Neftçala rayonu, Heydər Əliyev Mərkəzində, saat 10:00-13:00-da Neftçala və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulub.
Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcək.
