Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin seçilməsi prosesi davam edir.
Hakimlərin Seçki Komitəsindən e-huquq.az-a verilən məlumata görə, test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək yarım il müddətində davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən yekun müsahibələr keçirilib.
Namizədlərin hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsini müəyyən etmək məqsədilə keçirilən müsahibələrin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən bütün namizədlər barədə müsbət qiymətləndirilib və onlar Məhkəmə-Hüquq Şurasına təqdim olunub.
Qanunvericiliyə müvafiq olaraq Şura tərəfindən namizədlərlə müvafiq söhbət və ixtisaslaşma aparılacaq.
