2021-ci ildə bir nəfərin təhsil almasına sərf olunan orta xərc 1767 manat təşkil edib.
E-huquq.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O qeyd edib ki, ən yüksək göstərici 2604 manat ilə ali təhsildədir. “Bu rəqəm peşə təhsilində 1567 manat, ümumtəhsil pilləsində isə 1125 manatdır", – deyə nazir müavini bildirib.
