Rusiya Dövlət Duması ikinci və üçüncü oxunuşda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icra olunmaması ilə bağlı qanun layihələrini qəbul edib.
E-huquq.az xəbər verir ki, verir ki, bu qanunlar Rusiya məhkəmələrinə AİHM-in martın 15-dən sonra qəbul etdiyi qərarları icra etməməyə imkan verəcək.
Bundan əlavə, AİHM-in bu tarixdən əvvəl qüvvəyə minmiş qərarlarına əsasən kompensasiya ödənişləri Rusiya banklarındakı hesablara yalnız rublla həyata keçiriləcək. Sənəddə deyildiyi kimi, “düşmən dövlətlərdə yerləşən xarici kredit təşkilatlarındakı hesablara” ödənişlər edilə bilməz.
Həmçinin Rusiya məhkəmələrinin qərarları AİHM-in qərarlarından üstün sayılacaq.
