Məzmuna keç

Məhkəmə hakimləri üçün media ilə bağlı təlim keçiriləcək

Hakimlər üçün media savadlılığı ilə bağlı təlimin keçirilməsi nəzərdə tutulur.

E-huquq.az xəbər verir ki, məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin sədri Aynur Sabitova "İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda keçirilən dəyirmi masada deyib.

O, təlimin Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçiriləcəyini bildirib.

"Təlim çərçivəsində hakimlərə media sahəsi ilə əlaqəli təkmilləşdirici məlumatlar veriləcək", – deyə A.Sabitova qeyd edib.

Xəyalə Bünyatova