Postmüharibə dövründə şəhid ailələri və qazilərdən ibarət 93 min şəxsə 104 min sosial ödəniş təyin olunub.
E-huquq.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov postmüharibə dövründə şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının sosial ödənişlərlə təminatı sahəsində aparılan işlərə dair mətbuat konfransında deyib.
O bildirib ki, şəhid ailələri üzvlərindən 7 979 nəfərə 15 943, müharibə əlillərindən 2 935 nəfərə 5 870, müharibə veteranlatından 81 856 nəfərə 81 856 ödəniş təyinatı aparılıb.
