Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasını Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzv qəbul olunması münasibətilə təbrik edib.
E-huquq.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev Vəkillər Kollegiyasına təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd olunur:
"Hörmətli Anar müəllim, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (“CCBE”) qəbul olunması münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətini və bütün vəkilləri səmimi qəlbdən təbrik edir, vətəndaşların hüquqlarının səmərəli müdafiəsi və vəkillik təsisatının gücləndirilməsi istiqamətində gördüyünüz işlərdə uğurlar arzulayıram.”
