Məzmuna keç

Pensiyaların tam ödəniləcəyi tarix açıqlandı

Respublika üzrə iyun ayının pensiyalarının ayın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə e-huquq.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.