“Ukrayna Prezidenti Volodimir Zelenski zəng edərsə, Rusiya Prezidenti Vladimir Putin telefona cavab verəcək”.
E-huquq.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Uşakov amerikalılarla işçi səviyyəsində təmasların davam etdiyini qeyd edərək, danışıqların ilkin mərhələsinin üçtərəfli formatda keçirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.
O, həmçinin Zelenskinin Putinlə Moskvada görüşməyə hazır ola biləcəyini bildirib. Uşakovun sözlərinə görə, Ukrayna Prezidenti müxtəlif kanallar vasitəsilə bu istiqamətdə siqnallar göndərir.
Zelenskinin zəng edəcəyi təqdirdə Putinin telefona cavab verib-verməyəcəyi ilə bağlı suala isə Uşakov belə cavab verib:
“Düşünürəm ki, Putin cavab verəcək. Putin danışıqlar aparmaq ehtimalını heç vaxt istisna etməyib”.
Şəbnəm Mehdizadə
