Məzmuna keç

Daha bir marşrut xətti “BakıKart”a keçir

Sabahdan etibarən "Bus Trans" MMC-nin müvəqqəti istismarında olan 206 nömrəli müntəzəm marşrut xətti (Lökbatan qəs. – "Elmlər Akademiyası" m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə e-huquq.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.