Məzmuna keç

Prezident icra başçısını təltif etdi

Prezident İlham Əliyev Qoca Səmədovu ordenlə təltif etdi

Prezident İlham Əliyev Qoca Səmədovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

E-huquq.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Qoca Çərkəz oğlu Səmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, oktyabrın 13-də Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun 60 yaşı tamam olur.