Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə İsrailin müdafiə naziri Benni Qantz arasında telefon danışığı olub.
E-huquq.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, tərəflər iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.
İsrailli nazir rəsmi Bakının Təl-Əvivdə səfirlik açmaq qərarına görə general-polkovnik Z.Həsənov təşəkkür edib.
