Məzmuna keç

Hikmət Hacıyev və İsrail XİN-in baş direktoru arasında telefon danışığı oldu

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin (XİN) baş direktoru Alon Uşpizlə telefonla danışıb.

E-huquq.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb.

Onun sözlərinə görə, telefon danışığı zamanı İsrail XİN-in baş direktoru Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışlayıb: “Tərəflər həmçinin ikitərəfli və regional məsələləri müzakirə ediblər”.