Məzmuna keç

Ədliyyə Akademiyası hakimlər üçün təlim keçirib

Ədliyyə Akademiyası Beynəlxalq Maliyyə Korporasiyası birgə hakimlər üçün təlim keçirib

Ədliyyə Akademiyası Beynəlxalq Maliyyə Korporasiyası birgə hakimlər üçün təlim keçirib.

E-huquq.az-ın xəbərinə görə, təlimin açılışında Akademiyanın rektor vəzifəsini icra edən Elçin Xələfov, IFC-nin Layihə təmsilçisi Teymur Heybətov və Maliyyə Bazarlarına Nəzarət Palatası idarə heyətinin üzvü vəzifəsini icra edən Əfqan Baxışov çıxış edərək bildiriblər ki, təlimlərin keçirilməsində məqsəd daşınar əmlakın yüklülüyü sahəsində mübahisələrə baxacaq hakimlər tərəfindən yeni qanunvericilikdən və beynəlxalq təcrübədən irəli gələn məsələlərin öyrənilməsi, milli təlimçilərin hazırlanmasıdır.

Birinci instansiya məhkəmələri hakimlərinin cəlb olunduğu təlimdə IFC-nin və Palatanın nümayəndələri tərəfindən "Azərbaycanda maliyyə infrastrukturu sahəsində qanunvericilik və institusional islahatların qısa xülasəsi", "Daşınar əmlakın yüklülüyü ilə tanışlıq", "Daşınar əmlakın yüklülüyündə üstünlük qaydaları", "Məhkəmə baxışı", "Daşınar əmlakın yüklülüyünün yaranması (əqdlərin rəsmiləşdirilməsi)”, "Daşınar əmlakın yüklülüyündə yüklülük predmetinə tutma yönəldilməsi" mövzuları üzrə mühazirələr tədris olunub, dinləyiciləri maraqlandıran suallar ətrafında faydalı fikir mübadiləsi aparılıb.