Məzmuna keç

Toivo Klaar: “Azərbaycan və Ermənistan arasındakı məsələlərin həlli üçün Türkiyənin təklifləri çox ola bilər”

"Azərbaycan və Ermənistan arasındakı məsələlərin hərtərəfli həllinə dəstək vermək üçün Türkiyənin təklifləri çox ola bilər".

E-huquq.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter səhifəsində yazıb.

O, həmçinin TRT Beynəlxalq Forumunda iştirak üçün dəvətə görə təşəkkür edib: "Dəvət üçün “TRT World Forum 22”yə təşəkkür edirəm. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə fikir mübadiləsi aparmaq fürsətini yüksək qiymətləndirirəm", – paylaşımda deyilir.