“Gələn il Azərbaycanda regionların dövlət büdcəsindən dotasiya asılılığı daha da azalacaq. Belə ki, növbəti ildən etibarən dotasiyadan asılı olan rayon qalmayacaq”.
E-huquq.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.
Nazir müavininin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanın məbləği də öz gəlirlərinin artması hesabına gələn il 6,4 faiz azalacaq.
Şəbnəm Mehdizadə
