Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qurbanalı Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Vəkil Əli Hüseynov e-huquq.az-a açıqlamasında deyib ki, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Q. Məmmədovun əməlində cinayət tərkibi olmadığı üçün ona tam bəraət verilib və birinci instansiya məhkəməsinin hökmü ləğv olunub.
Xatırladaq ki, hadisə 2021-ci ilin mayında Bakının Sabunçu rayonunda baş verib. Q. Məmmədov idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyada İntiqam Rəsulovu vurub. Sonuncu aldığı xəsarətdən hadisə yerində keçinib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q. Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib. Bundan narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib.
