21.10.2026
Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək –
Məhkəmə

Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək –

Dek 21, 2022

Azərbaycan Respubliaksının Ali Məhkəməsinə yeni hakimlər təyin ediləcək.

E-huquq.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” məsələdə əksini tapıb.

Belə ki, layihəyə görə, Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri) Xıdırov Əhliman Mehman oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abdulov Rəşad Məhərrəm oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Zəki Baba oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Vidadi Məmməd oğlu və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Cəfərov Vidadi Cəfər oğlunun Azərbaycan Respubliaksının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.

Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.