21.10.2026
Bakı Apellyasiya Məhkəməsinin 3 hakimi vəzifəsindən azad edilir
Məhkəmə

Bakı Apellyasiya Məhkəməsinin 3 hakimi vəzifəsindən azad edilir

Dek 21, 2022

Bakı Apellyasiya Məhkəməsinin 3 hakimi vəzifəsindən azad edilir.

E-huquq.az-ın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” məsələdə əksini tapıb.

Layihəyə əsasən aşağıdakı şəxslər Bakı Apellyasiya Məhkəməsinin hakimi vəsifəsindən azad edilir:

– Kərimli İlham Əziz oğlu;

– Qasımov Faiq Adil oğlu;

– Məhərrəmova Şeyda Ədalət qızı.

Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.