Bakı Ağır Cinayətlər Məhkəməsində “Çağrı Mərkəzi” yaradılacaq.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, mərkəzin yaradılmasında məqsəd vətəndaşların müraciətləri ilə bağlı operativliyin təmin edilməsidir.
Əlaqə mərkəzinə bütün iş günlərində iş vaxtı ərzində müraciət etmək mümkün olacaq.
Qeyd edək ki, ötən ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni sədr təyin olunub. Belə ki, Prezident İlham Əliyevin 2022-ci ilin dekabrın 28-də imzaladığı sərəncamla İsmayıl Kamil oğlu Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.
Xəyalə Bünyatova
