Məzmuna keç

Ötəl il Nərimanov Rayon Məhkəməsinin icraatına 15 mindən çox iş daxil olub

2022-ci ildə Nərimanov Rayon Məhkəməsinin icraatına ümumilikdə 15003 iş daxil olub.

E-huquq.az-ın məlumatına görə, daxil olan işlərdən 621 cinayət işi, 31 iş xüsusi ittiham qaydasında baxılan, 32 iş məhkəməyədək sadələşdirilmiş icraat materialıdır.

Məhkəməyə il ərzində 5146 mülki iş daxil olub ki, onlardan 1600 iş sadələşdirilmiş icraat qaydasında, 252 iş xüsusi icraat qaydasında, 18 iş əmr icraatı qaydasında və 3275 iş iddia icraatı qaydasında verilib.

İnzibati xətalar üzrə isə məhkəməyə 4027 iş daxil olub. 1404 iş prosessual məcburiyyət tədbirinin tətbiqi barədə və 1747 iş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə təqdimat daxil olub.

Cinayət prosesinini həyata keçirən orqanın prosessual hərəkətlərindən və qərarlarından məhkəməyə verilmiş şikayətlər kateqoriyası üzrə 211 iş daxil olub. 615 iş hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası kateqoriyası üzrə olub.

Məhkəmə qətnamələrinin (qərarlarının) icrası üzrə 773, xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları üzrə 22, cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi üzrə 18, müvəqqəti təminat tədbirləri üzrə 369 iş daxil olub.

İl ərzində 384 cinayət işinə baxılaraq ittihamedici hökm çıxarılıb, 61 cinayət işi üzrə icraata isə xitam verilib.

Xəyalə Bünyatova