Şirvan Apellyasiya Məhkəməsində 20 Yanvar şəhidlərinin anım günü ilə əlaqədar tədbir keçirilib.
E-huquq.az-ın məlumatına görə, tədbirdə 20 Yanvar şəhidləri dərin hörmət və ehtiramla anılıb.
Daha sonra məhkəmənin sədri Vəli Abdullayev və digər hakimlər çıxış edərək Bakı şəhərində, həmçinin Lənkəran və Neftçala rayonlarında Sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş amansız cinayətlər barədə məlumat veriblər.
Eltac Nurullazadə
