Məzmuna keç

Şəki Apellyasiya Məhkəməsi vakansiya elan edir

Şəki Apellyasiya Məhkəməsi üzrə vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə üzrə müsahibə elan ediliib.

E-huquq.az-ın məlumatına görə, elan edilmiş müsahibələrdə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Dövlət İmtahan Mərkəzinin internet portalına daxil etdiyi müvafiq məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq edərək 13 yanvar 2023-cü il tarixində elan edilmiş müsabiqə üzrə müsahibədə iştirak etmək üçün müraciət edə bilərlər. Sənəd qəbulu 13 fevral 2023-cü il tarixinədək davam edəcək.

Elan edilmiş müsabiqə üzrə müsahibə haqqında ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (http://www.dim.gov.az/) və ya bu (müsahibə elanı) keçidə daxil olmaqla əldə edə bilərsiniz.