Məzmuna keç

Ev satmaq adı ilə dələduzluq etməkdə ittiham edilən şəxsə bəraət verildi

Xətai rayon Məhkəməsində xeyli miqdarda dələduzluqda təqsirləndirilən Sabir Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığını müəyyənləşdirərək, ona bəraət verib.

İttihama əsasən S.Alıyev etibardan sui istifadə etməklə zərərçəkmiş şəxsdən qohumuna məxsus evi satmaq adı ilə 12500 manat məbləğində pul alıb, lakin təqsirləndirilən şəxs vədinə əməl etməyərək zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq edib.

Lakin aparılmış məhkəmə istintaqı nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxsə sözügedən mənzili satmağı mənzilin mülkiyyətçisi olan qohumu xahiş edib və bu məqsədlə etibarnamə verib.

Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından onun barəsində bəraət hökmü çıxarılıb.

Eltac Nurullazadə