Məzmuna keç

Bakıda 70 yaşlı qadının ölümündə ittiham olunan sürücünün məhkəməsi başlayır

Ölümlə nəticələnən yol-nəqlioyyat hadisəsi törətməkdə təqsirləndirilən Hidayət Cavanşirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş hakim Aynurə Sadıqovanın icraatında araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası yanvarın 26-na təyin edilib.

Qeyd edək ki, hadisə Binəqədi rayonu Mehdiabad qəsəbəsində qeydə alınıb. 66 yaşlı Cavanşirov Hidayət İdris oğlu idarə etdiyi "Audi" markalı avtomobillə yolu keçən 70 yaşlı qadını vurub. Zərərçəkmiş aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Eltac Nurullazadə