"Azərbaycan Beynəlxalq Bankı" ASC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC barədə məhkəməyə müraciət edib.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə kredit müqaviləsi üzrə mübahisələrə dair tələb irəli sürülüb. Birinci instansiya məhkəməsi bankın iddiasını təmin etməyib. Qərardan narazı qalan Azərbaycan Beynəlxalq Bankı apellyasiya şikayəti verib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Xəyal Sarıyevin sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
